Derbinin hakimi açıqlandı
Türkiyə Superliqasının XIV turunun "Fənərbağça" - "Qalatasaray" oyununu idarə edəcək hakim müəyyənləşib.
Sportline.az xəbər verir ki, İstanbul derbisi Yasin Kola tapşırılıb.
Görüş dekabrın 1-də, Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, "Qalatasaray" 32 xalla çempionatın lideridir.
"Fənərbağça" 31 xalla ikinci pillədə qərarlaşıb.