Dibala rəsmən "Roma"da
"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, "canavarlar" azad agent olan Paulo Dibalanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı argentinalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Dibala son olaraq "Yuventus"da çıxış edib.