Dida yenidən "Milan"da

“Milan”ın sabiq qapıçısı Dida yenidən “qırmızı-qaralar”a qayıdıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat  yayıb. Keçmiş qolkiper  “Milan”ın U-17 komandasında çalışacaq. O, qapıçılarla iş üzrə məşqçi kimi işləyəcək.

Qeyd edək ki, Dida 2000-2010-cu illər aralığında “Milan”da çıxış edib.