DİN-in İdman Cəmiyyətinin idmançıları çempion oldular

Azərbaycan Kikboksinq Federasiyasının "Xəzər" Kikboksinq İdman Klubunun 3-cü açıq çempionatı keçirilib.

Sportline.az xəbər verir ki, yarışda 25 komandadan 350 idmançı öz güclərini sınıyıb.

Bu yarışda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin Kikboksinq bölməsi 59 medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb. Komanda 30 qızıl, 13 gümüş, 16 bürünc medal əldə edib.

Bu yarışa idmançıları kikboksinq üzrə yeniyetmə və gənclərin yığma komandasının baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb. Bu çempionluğu şəhidlərimizə həsr etdiyini bildirən Baş Mühafizə Polis İdarəsinin polis baş serjantı Hikmət Hacıyev Azərbaycan Kikboksinq Federasiyasına da təşəkkürünü bildirib.