Don Karlonun yeni planı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin taktikada bəzi dəyişikliklərə gedəcəyi gözlənilir.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, Ancelotti orta xətt 4-lusünü Bellingem, Çuameni, Kamavinqa və Valverdedən qurmaq istəyindədir.

Hücum üçlüsündə Vinisius, Mbappe və Rodriqodan birinin ehtiyatda qalacağı gözlənilir.

Qeyd edək ki, “Real Madrid” İspaniya çempionatında 11 xalla 2-ci pillədə qərarlaşır.