Dünya çempionatı: Boksçumuz ilk görüşdə məğlub oldu
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı start götürüb.
Sportline.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir təmsilçisi rinqə çıxıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov 1/32 finalda kubalı Osvel Kaballero Qarsia ilə qarşılaşıb. Rəqibinə 0:3 hesabı ilə uduzan idmançı mübarizəni dayandırıb.
Azərbaycan millisi yarışa 9 boksçu ilə yollanıb.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.