Dünya çempionatı ləğv edilib

Bu il Yaponiyanın Kobe şəhərində keçirilməsi planlaşdırılan para-atletika üzrə dünya çempionatı ləğv edilib.

Sportline.az xəbər verir ki, Beynəlxalq Paralimpiya Komitəsi (IPC) bu barədə milli paralimpiya komitələrinə məlumat verib.

Yarış koronavirusun yayılması təhlükəsi səbəbindən ləğv olunub. IPC mundialın 2024-cü ildə təşkilini nəzərdən keçirir.

Qeyd edək ki, dünya çempionatı 26 avqust - 4 sentyabrda gerçəkləşməli idi.