Dünya çempionatına uğursuz start
Qazaxıstanın Astana şəhərində qadın boksçuların dünya çempionatı start götürüb. SportLine.az xəbər verir ki, seçməmizin heyətində rinqə Alina Hacıyeva çıxıb. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Qabon təmsilçisi Çimene Molumba ilə üz-üzə gəlib.
Qarşılaşma Hacıyeva üçün uğursuz alınıb. Rəqib vaxtından əvvəl qələbəyə sevinib.
Qeyd edək ki, millimiz səfərə 9 boksçu ilə yollanıb.