Dünya çempionatında 4 medal

Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına yekun vuruldu. Sportline.az xəbər verir ki, Komandamız yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib oldu. 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə finalda kubalı Yosbani Veitianı məğlub edərək, dünya çempionatının qzıl medalına layiq görülüb. Məmişzadə həm də, Rio De Janeyro Olimpiadasına vəsiqə qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən Albert Səlimov finalda Kubanın digər təmsilçisi Lazaro Alvarezə üz-üzə gəlib. İkinci raundda boksçumuzun qaşı partladığından həkimlər görüşü sonadək davam etdirməyə icazə verməyiblər. Nəticədə, Səlimov gümüş medala sahib olub. Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) dünya çempionatında bürünc medalla kifayətləniblər. Ancaq Abdullayevdən fərqli olaraq, Bağırov Olimpiya oyunlarıa vəsiqə qazanıb. 

Millimiz ümumkomanda hesabında Kuba və Rusiyadan sonra 3-cü yeri tutub.