Dünya çempionatında yarımfinalçılar bəllidir

Avstraliyada qadınlar arasında keçirilən basketbol üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib

Sportline.az xəbər verir ki, 1/4 final mərhələsində ABŞ Serbiyaya, Kanada Puerto-Rikoya, Çin Fransaya, Avstraliya isə Belçikaya qalib gəlib.

Finala gedən yolda Kanada ABŞ-la, Çin Avstraliya ilə görüşək.

Yarımfinallar sentyabrın 30-da, final və üçüncü yer uğrunda qarşılaşma oktyabrın 1-də olacaq.