Dünya çempionumuz karyerasını bitirdi
Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə idmançı karyerasını bitirib.
Sportline.az xəbər verir ki, o, 28 yaşında rinqlə vidalaşmaq qərarına gəlib.
O, qadınlardan ibarət boks millisində böyük məşqçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ən yaxşı dövrünü 2015-ci ildə keçirib.
Məmişzadə həmin il həm dünya çempionu olub, həm də I Avropa Oyunlarının qızıl medalını qazanıb. Bundan başqa, o, iki dəfə Avropa çempionatının mükafatçısı olub.