Dünya çempionumuz mərhələ adladı
Azərbaycanın daha bir boksçusu II Avropa Oyunlarında mübarizəyə start verib.
Sportline.az xəbər verir ki, Cavid Çələbiyev (60 kq) 1/16 final döyüşündə qüvvəsini sınayıb. “Uruçye Arena”dakı görüşdə onun rəqibi Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviç olub. Çələbiyev rəqibinə 5:0 hesabı ilə qalib gəlib.
Çələbiyev növbəti döyüşünü iyunun 25-də keçirəcək.