Düsseldorfda qan töküləcək

Bosk həvəskarlarını bu gecə maraqlı qarşılaşma gözləyir. SportLine.az xəbər verir ki,  IBF, WBA, WBO və IBO versiyalarında  superağır çəkili dünya çempionu Vladimir Kliçko ingiltərəli Tayson Fyuri ilə döyüşdə titullarını qorumalıdır. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək görüş ərəfəsində iddialı danışan Fyuri Kliçkonu rinqə çıxdığına peşiman edəcəyini bildirib. Kliçko-Fyuri dueli bu gecə saat 12-də başlanacaq.

Xatırladaq ki, ukraynalı boksçu peşəkar rinqdə keçirdiyi 64 döyüşün 53-də rəqiblərini nokauta göndərib. Fyuridə isə bu göstərici 24-18-dir.