Edin Ceko gələcəyi ilə bağlı qərarını verib
"Fənərbağça"nın hücumçusu Edin Cekonun durumu bəlli olub.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, baş məşqçi Jose Mourinyo ilə görüşən təcrübəli futbolçu daha 1 il komandada qalmağa qərar verib.
38 yaşlı oyunçu gələn təkliflərdən imtina edib.
Qeyd edək ki, Bosniyalı hücumçu bu mövsüm İstanbul klubunun heyətinə 46 oyunda 25 qol vurub.