Edin Dzeko müqavilə müddətini artırdı

İtaliyanın "Roma" klubunda yeni müqavilə qeydə alınıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, "canavarlar" hücumçusu Edin Dzekonun müqaviləsini uzadıb. Bosniya və Herseqovina millisinin üzvü ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb.

"Roma" Dzekonu 2016-cı ildə "Mançester Siti"dən 11 milyon avroya transfer edib. 33 yaşlı futbolçu paytaxt klubunda 180 oyuna 88 qol vurub, 38 assist edib.