Edin Vişça Türkiyə Super liqasında rekorda imza atıb
"Trabzonsspor" klubunda çıxış edən Bosniya və Hersoqovinalı futbolçu Türkiyə Superliqasında yeni rekorda imza atıb.
Sportline.az Sporx.com-a isitnadla xəbər verir ki,Edin Vişça ümumilkdə asistlərinin sayını 109-a çatdıraraq Aleks De Souzanın asist rekordunu yeniləyib.
Bosniya və Hersoqovinalı utbolçu isntaqram hesabından paylaşım edərək:"Türkiyədə oynamaqdan zövq alıram. Burada asist kralı olmaq mükəmməl hisdir. Çempionluqlar yaşadığım liqda oynamaq qürur vericidir",-deyib.
Qeyd edək ki, Edin Vişça bu mövsüm 22 oyunda 3 qol, 8 asistlə yadda qalıb.