Əfran İsmayılovun yeni klubu rəsmən açıqlandı

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi son klubu "Səbail" olan Əfran İsmayılovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında oynayacaq "Kəpəz" daha əvvəl Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya, Rauf Əliyevi və Giorgi Kantariyanı sıralarına qatıb. 

Banner