"Əl-Hilal" "Fənərbağça"nın futbolçusuna görə 35 milyon avro ödəməyə hazırdır
"Əl-Hilal" "Fənərbağça"nın mərakeşli hücumçusu Yusef En-Nesri üçün 35 milyon avro ödəməyə hazırdır.
Sportline.az "DHA"ya istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi bu təklifi dəyərləndirəcək.
28 yaşlı futbolçunun klubla müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, En-Nesri "Fənərbağça"ya 2024-cü ilin yayında "Sevilya"dan 19.5 milyon avro qarşılığında transfer olunmuşdu.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 52 matçda 30 qol 7 məhsuldar ötürmə müəllifi olub.