"Əl-Şəbab" daha bir ulduz futbolçu ilə razılaşıb

İvan Rakitiç və David De Xeya ilə razılıq əldə edən "Əl-Şəbab" klubu daha bir ulduz futbolçunun da transferində maraqlıdır. 

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki,  Səudiyyə Ərəbistanı klubu "Qalatasaray"da icarə əsasında çıxış edən mərakeşli futbolçu Hakim Ziyeşlə şəxsi razılıq əldə etidiyini bildirib.

"Çelsi"yə məxsus olan 30 yaşlı hücumçunun keçidinin 3 gün rəzində gerçəkləşəcəyi deyilib."Sarı-qırmızlar" mövsüm sonunda müqaviləsi başa çatacaq futbolçunun komandada qalmasını istəmədiklərini bildiriblər. 

Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm çıxdığı 14 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.