Elmar Qasımov zirvədə

Beynəlxalq Cüdo Federasiyası növbəti reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, Parisdə keçirilən "Böyük dəbilqə" turnirinin nəticələrinə əsasən hazırlanan yeni siyahıda Azərbaycan idmançıları da yer alıblar.

Ən yaxşı nəticə isə Elmar Qasımova məxsusdur. 100 kq-dək çəki dərəcəsində mübarizə aparan cüdoçumuz birinci yerdə qərarlaşıb.

"Böyük dəbilqə" turnirinin gümüş mükafatçısı İlqar Müşkiyev (60 kq) 14-cü pillənin sahibidir. Bu çəki dərəcəsində yarışan digər idmançımız Orxan Səfərov isə 4-cüdür. 

66 kq-da çıxış edən Nicat Şıxəlizadə 7-ci, 73 kq-da mübarizə aparan Rüstəm Orucov 2-ci yerdə qərarlaşıb. 

100 kq çəkidə Elxan Məmmədov 21-ci, 100 kq-dan ağır çəkidə Uşanqi Kokauri isə 34-cü pillənin sahibidir.