Elşad Quliyev: “Çempion olmaq istəyirik”

“Bütün oyunçularımı, xalqımı təbrik edirəm”.

Sportline.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib. 

Mütəxəssis Avropa çempionatının yarımfinalında Serbiya üzərində penaltilər seriyasında qazanılan qələbəni (3:1) belə şərh edib:

“Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Çətin matç alındı. Rəqib bizdən üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Serbiya da, biz də ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik”.

O, Ukraynaya qarşı keçiriləcək final matçından da söz açıb: 

“Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Çempion olmaq istəyirik”.