Emin Mahmudovun son durumu

“Neftçi”nin kapitanı Emin Mahmudovun zədəsi elə də ciddi deyil.

Sportline.az xəbər verir ki, Premyer Liqanın XXVI turunda “Kəpəz”lə səfər oyununda zədələnən futbolçunun daban oynağında ödəm aşkarlanıb.

Təcrübəli yarımmüdafiəçinin bağlarında ciddi zədə yoxdur.

Müalicə prosesinə başlanılan futbolçunun yaxın günlərdə məşqə başlayacaqğı gözlənilir.

Qeyd edək ki, Emin Mahmudov "Kəpəz"lə 3:3 hesabı ilə bitən matçın 78-ci dəqiqəsində meydanı tərk etmişdi.