Coşua Kliçkonu nokauta göndərdi

Bu gecə "Uembli" stadionu möhtəşəm görüşə şahidlik edib. SportLine.az xəbər verir ki, superağır çəkidə Entoni Coşua və Vladimir Kliçko üz-üzə gəlib.

IBF, IBO və WBA versiyalarında dünya çempionu olan E.Coşua ukraynalı boksçu ilə görüşdə titullarını qorumağı bacarıb. O, 11-ci raundda rəqibini texniki nokauta göndərib.

27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin haamısını nokautla əldə edib. 

41 yaşlı Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.

Görüşü rekord sayda, 90 min tamaşaçı izləyib.