Ərəblər Runini də ovlamaq istəyib
"Birmingem"in yeni çalışdırıcıs baş məşqçisi Ueyn Runi haqqında daha bir detay məlum olub.
Sportline.az "L'Equipe"ə istinadla xəbər verir ki, ingilis məşqçini Səudiyyə Ərəbistanı klublarından biri istəsə də, Runi bundan imtina edib.
Ueyn Runiyə bu təklif oktyabrın 11-də “Birmingem”ə keçməzdən əvvəl edilib.
Əfsanəvi futbolçu 2020-ci ildən etibarən məşqçi kimi fəaliyyət göstərir.