Erməni idmançı koronavirusa yoluxdu

Boks üzrə Ermənistan yığmasının üzvlərindən birində koronavirus infeksiyası aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, hələlik adı açıqlanmayan boksçu virusa Böyük Britaniyanın paytaxtı Londonda Avropa Olimpiya Təsnifat Turniri zamanı yoluxub.

Qeyd edək ki, Azərbaycan boksçularının da iştirak etdiyi sözügedən turnir məhz koronavirus səbəbindən dayandırılıb.