Erməniyə qalib gələn boksçumuz yarımfinalda

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun boksçusu Rahil Məmmədli növbəti mükafatını təmin edib.

Sportline.az xəbər verir ki, o, Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda yarımfinala yüksəlib. Boksçumuz bununla da mükafatçılar sırasında olacağını rəsmiləşdirib.

91 kq çəki dərəcəsində çıxış edən Məmmədli 1/4 final mərhələsində ermənistanlı boksçu Henrik Sarkisyanla üz-üzə gəlib. Rəqibinə heç bir şans verməyən Rahil layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).