Ersun Yanal aşağı liqa təmsilçisi ilə müqavilə imzalayıb

Türkiyəli məşhur mütəxəssis Ersun Yanal "Amedspor" klubunun yeni baş məşqçisi olub.

Sportline.az xəbər verir ki, bu barədə Diyarbakır təmsilçisinin rəsmi saytı məlumat yayıb.

62 yaşlı çalışdırıcı ilə müqavilə 1 illik imzalanıb.

Qeyd edək ki, Ersun Yanal 2013/2014 mövsümündə "Fənərbağça" ilə Türkiyə Super Liqasının qalibi olmuşdu.