Əsgər Abdullayev: “Görüləsi işlərimiz çoxdur”

“Bütün “Neftçi” azarkeşlərini təbrik edirəm.  Qələbə qazandığımız üçün sevinirəm”. SportLine.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Əsgər Abdullayev “Qarabağ”la görüşdən sonra deyib.

Futbolçularından razı qaldığını deyən mütəxəssis, “Hələ görüləsi işlərimiz çoxdur. Çatışmayan cəhətlərimiz var. Bunları aradan qaldırıb “Neftçi” adına layiq oynamağa çalışacağıq”, - deyə bildirib.

Elşən Abdullayevi niyə əvəzlədiyinizi isə Abdullayev belə izah edib: “Elşənə çox güvənirəm. Sadəcə, onu qorumaq və vaxt udmaq məqsədi ilə onu əvəzlədim”.

 

Banner