Əsgər Abdullayev: "Taktikanı dəyişməyə məcbur olduq"

“Oyunçulara minnətdarlığımı bildirirəm ki, tapşırıqlarımı yerinə yetirdilər”. SportLine.az xəbər verir ki, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Əsgər Abdullayev “Xəzər Lənkəran”la matçdan sonra deyib. Bu klubda çalışmağın böyük şərəf olduğunu bildirən mütəxəssis, “”Neftçi”də işləməyin məsuliyyəti də böyükdür”, - deyib. Komandanın müdafiə xəttində problemlərin olduğunu bildirən Abdullayev, “Buna görə, taktikanı dəyişməyə məcbur olduq. Bir neçə ev tapşırığı hazırladıq. Sevinirəm ki, əziyyətimiz bəhrəsini verdi”, - deyib.

Banner