"Everton" ingiltərəli futbolçusu ilə bağlı qərar verib
"Everton" ingiltərəli futbolçusu Cerred Brentveytlə yola davam edəcək.
Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu Cerredə yeni müqavilə təklif edib.
23 yaşlı futbolçu bu təklifə müsbət cavab verib.
Qeyd edək ki, Cerredin dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.