"Eyüpspor" "Fənərbağça"ya elçi düşüb

Ötən mövsümü Fransanın "Tuluz" klubunda icarə əsasında keçirən Miha Zayç karyerasını "Eyüpspor"da davam etdirə bilər.

Sportline.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, futbolçu müqavilə əsasında "Fənərbağça" klubuna məxsusudur.

30 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 1.5 milyon avrodur.

Qeyd edək ki, Zayçın "Fənərbağça" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.