"Eyüpspor" komandasının Super Liqada ev oyunlarını keçirəcəyi stadion məlum olub
Super Liqanın yeni komandası "Eyüpspor"un 2024/2025 mövsümündə ev oyunlarını keçirəcəyi stadion bəlli olub.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi növbəti mövsüm ev oyunlarını "Kasımpaşa Recep Tayyip Erdoğan Stadionu"nda keçiricək.
Qeyd edək ki, "Eyüpspor" komandası göstərdiyi dəstəyə görə sosial media hesabından "Kasımpaşa" klubuna təşəkkür məktubu ünvanlayıb.