Eze Londonun başqa klubuna keçir
"Kristal Pelas"ın ingiltərəli futbolçusu Ebereçi Eze karyerasını "Arsenal"da davam etdirə bilər.
Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, "topçular" bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Lakin "Kristal Pelas"ın rəhbərliyi ən azı 55 milyon avro tələb edir.
Qeyd edək ki, Ezenin klubla sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.