Fakundo Pereyra "Qəbələ"ni tərk edir
"Qəbələ"nin yarımmüdafiəçisi Fakundo Pereyra bu qış komandadan ayrılacaq. SportLine.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçu ailə vəziyyətinə görə vətəninə qayıtmaq niyyətindədir. Fakundo ailəsi ilə birgə yaşamaq istədiyini əsas gətirərək bu qərarı verib.
Qeyd edək ki, hazırda "Qəbələ"nin şərəfini qoruyan 28 yaşlı oyunçu müqavilə ilə PAOK-a məxsusdur.