Fariz Məmmədov Badru Lusambiaya qarşı

Azərbaycanın ilk peşəkar boksçusu, "Qəbələ" İdman Klubunun üzvü Fariz Məmmədov karyerasının son döyüşünə çıxıb. SportLine.az xəbər verir ki, boksçumuz idman tarizimizdə ilk dəfə WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşüb. Farizin rəqibi Uqandalı Badru Lusambia olub. Boksçumuzun üstünlüyü ilə keçən döyüş nakautla nəticələnib. 

Beləliklə, idmançımız WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu adına sahib çıxıb.