Futbolçu Fələstini dəstəklədi, "Bavariya" bəyanat yaydı
Nossair Mazraoui İsraillə hərbi münaqişədə Fələstini dəstəklədiyini bildirib.
Sportline.az xəbər verir ki, "Bavariya" müdafiəçinin bu addımına görə bəyanat yayıb.
Klub rəsmi olaraq rəhbərliklə Nossairin görüşündə bu barədə söhbət aparılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, oktyabrın 7-də keçən gecə Qəzza zolağında İsrail - Fələstin münaqişəsi yenidən alovlanıb. Hərbi müdaxilələr zamanı hər iki tərəfdən xeyli insanın öldüyü bildirilib.