"Fənərbağça"nın aparıcı futbolçusu "Napoli"yə keçdi

“Fənərbağça”nın müdafiəçisi Kim Min Cenin “Napoli”yə keçidi rəsmiləşib.

Sportline.az xəbər verir ki, 25 yaşlı koreyalı ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.

Türkiyə mətbuatı "Napoli"nin 25 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəfə 20 milyon avro ödəyəcəyini yazıb. "Football Italia" nəşri isə Kim Minlə 3+2 illik müqavilə imzalanacağını və onun ildə 2.5 milyon avro qazanacağını iddia edir.

Kim Min ötən mövsüm “Fənərbaxça”nın heyətində 39 oyuna çıxıb, 1 qol vurub.