"Fənərbağça" azarkeşlərinə bəd xəbər
"Fənərbağça"nın "Mançester Yunayted" klubundan trasner etdiyi braziliyalı yarımmüdafiəçi uzun yaşıl meydanlardan uzaq qalacaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 30 yaşlı təcrübəli futbolçu Fred əzələsinin yırtılması səbəbi ilə 6 həftə komandasına kömək edə bilməyəcək.
"Fənərbağça" rəsmiləri açıqlamada :"Samsunspor"la oynana matçda Fred Rodriqezin ciddi zədə alıb və komandaya uzun müddət kömək edə bilməyəcək",-deyiblər.
Qeyd edək ki, Fred Rodriqez bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 21 oyunda 6 asistlə yadda qalıb.