"Fənərbağça" danimarkalı futbolçu ilə maraqlanır

Transfer çalışmalarını davam etdirən "Fənərbağça" heyətini yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Sarı-lacivərtlilər" "Tottenhem"də çıxış edən Emil Hoyberqi heyətinə qatmaq istəyir.

28 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi gələn mövsüm başa çatacaq.

Hoyberq ötən mövsüm 39 oyunda "Tottenhem"in formasını geyinib.Bu görüşlərdə futbolçu qol və ya asistlə yadda qalmayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi daha əvvəl "Sauthempton", "Bayern Münix" və "Şalke 04" klublarında çıxış edib.