"Fənərbağça" "Fatih Karagümrük"ün futbolçusunu istəyir
"Fənərbağça" "Fatih Karagümrük"ün futbolçusunu istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər" İstanbul klubundan Levent Mercanı transfer etmək niyyətindədirlər.
"Fənərbağça" futbolçunu Emre Morla dəyişə biləcəklərini deyib. "Fatih Karagümrük" rəsmiləri isə keçidlə bağlı heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Levent Mercanın "Fatih Karagümrük"lə müqavilə müddəti 2026-cı ildə başa çatacaq.