"Fənərbağça" Mert Hakan Yandaşla bağlı qərar verdi

Mövsümü ikinci pillədə başa vuran "Fənərbağça" növbəti sezonda çempinluğu hədəfləyib.

Sportline.az xəbər verir ki. İstanbul nəhəngi bu məqsədlə heyəti daha da gücləndirməyi planlaşdırır.

Yeni transferlər reallaşdırmağı planlaşdıran istanbullular müqaviləsi başa çatmaqda olan futbolçularla bağlı da qərar verməkdədirlər.

Türkiyə mətbuatında yayılan xəbərə görə "Fənərbağça" bu siyahıda olan Mert Hakan Yandaşla yola davam edəcək.

Onunla müqavilənin müddətinin daha 3 il artırıldığı bildirilir. 

Qeyd edək ki. 29 yaşlı yarımmüdafiəçi son mövsümdə çıxdığı 27 oyunda 3 qol və 6 asist müəllifi olub.