"Fənərbağça" Mourinyonun rəhbərliyi altında ilk oyununa iyulun 6-da çıxacaq
"Fənərbağça"nın baş məşqçisi Mourinyonun rəhbərliyi altında başlayacağı Avstriya təlim məşq toplanışındakı yoldaşlıq görüşləri bəlli olub.
Sportline.az Türkiyə klubunun rəsmi saytına istinadla xəbər verir ki, komanda təlim məşq toplanışı çərçivəsində 3 yoldaşlıq oyunu keçirəcək.
İlk rəqib iyulun 6-da BSFZ ARENA-da baş tutacaq oyunda "Admira" klubu olacaq.
"Fənərbağça" ikinci görüşünü "Merkur Arena"da "Hayduk Split"ə qarşı keçirəcək.
Hazırlıq toplanışının son oyunu isə "Strazburq" klubuna qarşı olacaq.Bu matçın da "Merkur Arena"da oynanılması nəzərdə tutulub.
Qeyd edək ki, "Fənərbağça" "Strazburqla son oyundan sonra İstanbula qayıdacaq.