“Fənərbağça” “Real Madrid”in futbolçusunu istəyir

“Fənərbağça” “Real Madrid”in futbolçusu Antonio Rüdigeri heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, Superliqa təmsilçisi 33 yaşlı təcrübəli müdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb.

“Fənərbağça” Rüdiger üçün bonuslar da daxil olmaqla təxminən 10 milyon avro dəyərində təklif hazırlayıb.

Mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq futbolçu hələ yekun qərarını verməyib.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən “Real Madrid”də çıxış edir.