"Fənərbağça" son dəqiqələrdə sevindi

Türkiyə Superliqasında 2-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, bazar günü daha üç matç keçirilib.
 
“Fənərbağça”  “Antalyaspor”a 2:0, "Konyaspor" "Başakşəhər"ə 2:1, "Yeni Malatyaspor" "Göztepe"yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Altay", "Fənərbağça" və "Konyaspor" 6 xalla ilk 3 pilləni bölüşdürürlər.

22 avqust
 
"Konyaspor" – "Başakşəhər" - 2:1
Qollar: Çekici, 51, Çikalleşi, 87 – Ndayişimiye, 45+1
 
"Fənərbağça" – "Antalyaspor" - 2:0
Qollar: Zayç, 89, Valensiya, 90+2
 
"Göztepe" – "Yeni Malatyaspor" - 0:1
Qol: Tetteh, 56.