"Fənərbağça" yeni mövsümün ilk transferini reallaşdırıb

Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlayan "Fənərbağça" heyətini sol cihan müdafiəçisi ilə gücləndirib.

Sportline.az xəbər verir ki, İstanbul klubu Karagümrük forması geyinən Levent Mercanla 4 illik müqavilə bağlayıb.

Levent Mercan ötən mövsüm Super Liqada çıxış etdiyi 36 oyunda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Qeyd edək ki, 23 yaşlı alman əsilli türkiyə futbolçu karyerasında daha əvvəl "Şalke 04"ün formasını geyinib.