"Fənərbağça"nın futbolçusu İngiltərə klubunda çıxış etmək istəyir

"Fənərbağça"nın futbolçusu İngiltərə klubunda çıxış etmək istəyir.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-lacivərtlər"in təcrübəli futbolçusu İsmail Yüksek "Mançester Yunayted" klubunda oynamaq istədiyini deyib. 

İsmail Yüksek açıqlamasında :"qırmızı şeytanlar"da çıxış etmək uşaqlıq arzumdur. Avropada digər klublar təklif göndərsələr də qəbul etmərəm. Sadəcə "Mançester Yunayted"in təklifini geri çevirmərəm",-deyib.

Qeyd edək ki, İsmail Yüksek bu mövsüm çıxdığı 40 oyunda 1 qol, 5 asistlə yadda qalıb.