"Fənərbağça"nın yeni transferi əsas heyətdə yer almayıb
"Fənərbağça"nın yeni transferi Rade Kruniç "Samsunspor"la matçda əsas heyətə daxil edilməyib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, komandanın baş məşqçisi İsmail Kartal 30 yaşlı yarımmüdafiəçinin hazırda tam hazır olmadığını bildirib.
Təcrübəli çalışdırıcı daha öncə "Adanapor"la matçda meydana çıxan futbolçunun performansını dəyərləndirib və 70% hazır olmadığını deyib.
Qeyd edək ki, Rade Kruniç "Fənərbağça" klubuna "Milan"dan transfer olunub.