"Fənərbağça"nın yetirməsi 2-ci Bundesliqada

“Ştutqart” futbolçusu Ömer Faruk Beyazı icarəyə verib.

Sportline.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi 2022/2023 mövsümünü II Bundesliqa təmsilçisi “Maqdeburq”da keçirəcək.

“Fənərbağça”nın yetirməsi olan 18 yaşlı futbolçu 2021-ci ilin yayında “Ştutqart”a keçib. O, Bundesliqada 4 oyuna çıxıb.

Ömer Türkiyənin U-21 yığmasının da üzvüdür.