"Fənərbaxça" qalib gəldi, "Qalatasaray" xal itirdi

Türkiyə "Super Liqa"sında 12-ci turun növbəti görüşləri keçirilib. SportLine.az xəbər verir ki, "Fənərbaxça" Mersin səfərindən 3 xalla dönərək zirvəyə yüksəlib.

"Mersin İdman Yurdu" - "Fənərbaxça" 1:3
QOLLAR:
Hasan Ali Kaldırım, 8 (0:1); Nani, 49 (0:2); Van Persi, 57 (0:3); Nakoulma, 59 (1:3)

Günün digər matçlarında bu nəticələr qeydə alınıb:

"Akhisar" - "Bursaspor" 3:1
"Kayserispor" - "Kasımpaşa" 0:0
"Qalatasaray" - "Antalyaspor" 3:3