Ferran Torresin gələcəyi sual altındadır – “PSJ” və “Aston Villa” yarışa qoşuldu
“Barselona”nın hücumçusu Ferran Torresin yay transfer pəncərəsində komandadan ayrılması gözlənilir.
Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilə həm Fransa nəhəngi “PSJ”, həm də İngiltərə Premyer Liqası təmsilçisi “Aston Villa” yaxından maraqlanır.
Məlumata görə, PSJ “Barselona”ya 25 milyon avro + 10 milyon avro bonus olmaqla təklif göndərib. “Aston Villa” isə transfer üçün 50 milyon avroya qədər ödəməyə hazırdır.
Bildirilir ki, Birmingem təmsilçisi Morqan Rocersin “Çelsi”yə transferindən sonra Ferran Torresə marağını yenidən artırıb və onu əsas namizədlərdən biri hesab edir.